DENİS SİLVA: "PREMYER LİQANI QALİB KİMİ BAŞA VURMAQ İSTƏYİRİK"
Paylaş:
Antalyada təlim-məşq toplanışı keçən "Neftçi"nin müdafiəçisi Denis Silva klubun rəsmi saytına fikrilərini bildirib: "Təlim-məşq toplanışı olduqca yüksək tempdə davam edir. Mən belə tempdə çalışmağı sevirəm. Bütün hazırlıqlarımız Premyer Liqanı qalib kimi başa vurmağa hesablanıb. Türkiyədəki ikinci təlim-toplanışında bir neçə hazırlıq görüşündə qüvvəmizi sınayacağıq. Bu zəif və üstün tərəflərimizi görməyə imkan verəcək. Fevralın 13-də "Xəzər Lənkəran"la ev oyununda meydana yalnız 3 xalı qazanmaq üçün çıxacağıq. O görüşün vacibliyini yaxşı dərk edirik. Hətta deyərdim ki, həmin matç 3 yox, 6 xallıq oyundu. Mən də bir müdafiəçi kimi öz üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacağam. Biz ancaq irəliyə baxırıq. "Neftçi"nin çempion olması üçün komanda şəklində bütün səylərimizi ortaya qoyacağıq".
| Paylaş: