"Qarabağ" Türkiyəni seçib istirahətə çıxdı
Paylaş:
2012-2013 mövsümü başa çatandan sonra "Qarabağ"da fasilə yaranıb. Komanda İyunun 8-nə kimi istirahətdə olacaq. Həmin gün Avroliqanın hazırlıqları üçün yığışacaq Ağdam klubu 5 gün Bakıda ilkin hazırlığa başlayacaq.
İyunun 13-ü isə komanda təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq. "Qarabağ" qonşu ölkənın Qızılcahamam bölgəsində minimum İyunun 27-nə kimi qalacaq.
Avroliqanın ilk mərhələsinin püşkünə uyğun olaraq komanda Bakıya qayıdıb-qayıtmayacağı məlum olacaq. İlk oyun səfərdə olsa, Türkiyədən həmin ölkəyə yollanılacaq. Əks halda komanda Bakıya qayıdacaq.
| Paylaş: