')

Bu gün:


FutbolPress.Az | "Neftçi" ənənəni qırdı 

"Neftçi" ənənəni qırdı 


oxunma sayı: 122 Paylaş:

FutbolPressİlk dəfə 16 il əvvəl start götürən, lakin yalnız 2008-ci ildən ənənəvi hal alan əvəzedicilərin çempionatında qalib gələn “Bakı” tarixində 2-ci dəfə yarışın qalibi oldu. Bununla da paytaxtın eyniadlı təmsilçisi “Neftçi”nin ikiqat çempionluğunu təkrarladı.

2-ci olan “Simurq” isə ilk dəfə əvəzedicilərin yarışında mükafatçılar sırasına düşdü. Zaqatalalılar mükafat qazanan 9-cu komanda oldu.

Bürünc medalı son oyundakı qələbə ilə qazanan “Neftçi” 4-cü dəfə “üçlüy”ə düşməklə hərəyə 3 medalı olan “Bakı” və “Qəbələ”ni arxada qoydu. “Ağ-qaralar” çempionların uğursuzluq ənənəsini qırdı.

Bunadək hər dəfə çempion növbəti mövsümdə ilk “üçlük”dən uzaq düşürdü. Bakılılar isə ötənilki çempionluğu bu dəfə bürünclə əvəzlədi.  Bununla da ardıcıl 3 dəfə mükafat qazanan “Qəbələ”nin rekorduna yaxınlaşdı.


oxunma sayı: 122 | Paylaş:




?>