')

Bu gün:


FutbolPress.Az | AZAL-dan XXXII tur rekordları

AZAL-dan XXXII tur rekordları


oxunma sayı: 142 Paylaş:

FutbolPressPremyer Liqanın XXXII turu AZAL-ın rekordları ilə əlamətdar oldu. “Kəpəz”i 4:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi rekordları da sıralayıb:

*Bakılılar çempionatlar tarixində “altılıq” mərhələsini məğlubiyyətsiz bitirən 2-ci komanda oldu. 2 il əvvəl bunu ikinci “altılıq”da çıxış edən “Qəbələ” bacarmışdı. 1995/96, 1998/99 və son 4 mövsümdə tətbiq olunan bu sistemdə məğlubiyyətsiz başqa komandalar olmayıb.

*AZAL “altılıq” mərhələsini 28 xalla bitirərək “Kəpəz”in 1998/99 mövsümündəki 25 xallıq rekordunu arxada qoyub. Bununla da ölkə futbolunda yeni mütləq rekord müəyyənləşib.

*AZAL final mərhələsində ardıcıl 8 qələbə qazanan ilk Azərbaycan klubu olub.

*AZAL “altılıq”da 9 qələbə qazanan ilk komanda kimi tarixə düşüb.

*“Altılıq”da 25 qol vuran AZAL 1995/96 mövsümündə 24 qol vuran “Kəpəz”in rekordunu yeniləyərək mütləq göstəriciyə imza atdı.

*AZAL tarixinin ən uzun qələbə seriyasını müəyyənləşdirdi. Bakılılar 2007/08 mövsümündə 2 dəfə 5 qələbəni sıralamışdı – 1-5-ci turlarda və 15-19-cu turlarda.

* Ardıcıl 8 qələbə mövsümün də rekordudu. 18-22-ci turlarda “Neftçi”, 24-27-ci turlarda isə “Qarabağ” 5 qələbə sıralamışdı. AZAL bu göstəriciləri 3 qələbə üstələdi.


oxunma sayı: 142 | Paylaş:




?>