')

Bu gün:


FutbolPress.Az | "Xəzər Lənkəran" və "Sumqayıt"dan başqa...

"Xəzər Lənkəran" və "Sumqayıt"dan başqa...


oxunma sayı: 198 Paylaş:

FutbolPressƏvəzedici heyətlər arasında keçirilən Azərbaycan Çempionatı başa çatdı. “İnter” 32 oyunda 57 xal toplamağa bacardı və turnir cədvəlində 4-cü yeri tutdu.

Turnirin ən yaxşı bombardiri komandanın forvardı Ramil Mansurov oldu. “İnter”in hücumçusu çempionatda ən yaxın izləyicisini 2 qol üstələyərək 22 dəfə fərqlənməyə imkan tapdı. Mansurov 13 matçda qapıları dəqiq hədəfə aldı.

O, “Bakı”, “Xəzər Lənkəran” və “Sumqayıt” komandalarının qapısına yol tapmasa da, digər 9 rəqibin qapısından qol keçirməyi bacardı. Futbolçu 2 dəfə het-trik etməklə, 5 dəfə dubla imza atmaqla və 6 dəfə 1 qol vurmaqla fərqləndi. R.Mansurov vurduğu 22 qolun 16-nı çempionatın təsnifat mərhələsində, qalan 6 qolu isə “ilk altılıq” çərçivəsində keçirilən matçlarda vurdu.

Əslində Mansurovun aktivində 23 qol olmalı idi, lakin çempionatın 1-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirilən matçda vurulan 4 qoldan biri protokolda şəhvən komandanın digər üzvü, yarımmüdafiəçi Mirsahib Abbasovun adına yazılmışdı.

Yeri gəlmişkən, M.Abbasov “İnter”in əvəzedici heyətində məhsuldarlığa görə ikinci futbolçudu. Gənc kapitan başa çatmış çempionatda 13 dəfə uğur qazana bildi.


oxunma sayı: 198 | Paylaş:




?>