')

Bu gün:


FutbolPress.Az | BU DA FAKT!   RAMİN MUSAYEV AFFA-NIN BÜDCƏSİNİ OTELDƏ EYŞ-İŞRƏTƏ XƏRCLƏYİB!

BU DA FAKT!  RAMİN MUSAYEV AFFA-NIN BÜDCƏSİNİ OTELDƏ EYŞ-İŞRƏTƏ XƏRCLƏYİB!


oxunma sayı: 3212 Paylaş:

AFFA-nı bir-birinə vuracaq ifşanın təfərrüatları yalnız "FutbolPress"də!

Hamı bu informasiyanın açılacağı günü gözləyirdi. Artıq "FutbolPress"in izinə düşdüyü bu rəzil faktın təfərrüatlarıyla tanış ola bilərsiz.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) büdcəsindən maliyyələşən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasındakı (AFFA) özbaşınalıq mövzusunda onlarla yazı yazılsa da, araşdırmalar aparılsa da rəhbər şəxslərin güvəndiyi bir sığınacaq vardı: fakt göstərin.

Bu da fakt!

Burda verdiyimiz sənədlərdən düz 48 dənədi. Biz hələ yalnız 5-ni çap edirik. Təfərrüat üçün tam kifayət edir. Əksəriyyət elə bilər ki, Ramin Musayev "Ambassador" otelində vacib qonaqlar qəbul edirmiş. Azərbaycan futboluna xidmət-filan.

Biz bu "dırka"nı da qapamağa fakt göstərə bilərik: əvvəla, rəsmi görüşmələr, ümumiyyətlə, futbola aid istənilən görüş AFFA-nın inzibati binasında Peşəkar Futbol Liasına (PFL) verilən mərtəbədəki otaqlarda da həll oluna bilərdi. 2-ci mərtəbədə Ramin Musayevin möhtəşəm kabinetində qonaqları qəbul etmək üçün əla şərait var. Bundan başqa, Musayevin otelə eyş-işrət üçün gəldiyini sübut edən ciddi faktlardan biri də sənədlərdə "Pay TV" adına edilən 15 manat ödənişdi. 


Bəli, bu ödənişli paketdi. Həmin paketə daha çox erotik profilli kanallar daxildi. Əhsən, Musayev! Azərbaycan futbolunu "Ambassador" otelində "Pay TV"yə baxaraq müzakirə etdiyiniz üçün sizə zaval yoxdu. Ölkənin ən ciddi futbol məmurlarından biri oteldə "Pay TV"yə ehtiyac duyur... Ölkənin ən ciddi futbol məmurlarından biri oteldə fahişələrə pul xərcləyir. Əcəb eləyir, bu onun şəxsi işidi. Ancaq burda AFFA-nın pulunu xərcləmək işi şəxsi konteksdən çıxarır. Cinayət tərkibli motiv də elə bundadı. "Pay TV"yə bir neçə dəqiqəlik baxdığına görə, yazılan məbləği də - 15 AZN-lik ödənişini də AFFA-nın hesabına edir.

Görün nə qədər səriştəsiz vəzifə sahibidi. Heç olmasa bu ehtiyacını ödəmək üçün pulu başqa adla mühasibatlıqdan çıxarmaq da olardı. Ancaq Musayevin buna da səriştəsi yetməyib. Ödənişi birbaşa AFFA-nın hesabına yönəldib.

Bu, AFFA büdcəsini talan etmək yox, təhqir etməkdi. Əgər Musayev fahişələrə xərclədiyini də açıq-aşkar AFFA büdcəsindən ödədirsə, bunun o tərəfində nələrin dayandığını da araşdırmaq lazımdı. Hələ daha böyük yeyintilər... Darıxmayın, o barədə də kifayət qədər informasiyamız var, bunların hamısını hamı biləcək.

Hətta fahişənin taksi pulunu belə AFFA-nın hesabına ödətdirmək - bu artıq heç bir ölçüyə sığmır.

Yuxarıda sənədə diqqətlə baxın: 10 AZN taksi pulu... O da AFFA-nın hesabına ödənib. Otağa görə 100 AZN ödənib. Mini-bardan 12 AZN-lik nəsə sifariş olunub. Ən yuxarıdakı sənəddə isə iki nəfərin əvəzinə ödəniş olduğu görünür. Deməli, Musayev, bir müddət sonra dostları da AFFA-nın hesabına eyş-işrətə dəvət edirmiş. Bütün sənədlərin də ştrix qeydlərində Company name: AFFA. Yəni ödənişlər AFFA-dan olub.Bundan o yanasını siz araşdırın.

Biz öhdəmizə düşəni tam yerinə yetirdik. Azərbaycan futbolunda analoqu olmayan bir ifşanı "FutbolPress" elədi. Bu araşdırmanın ciddi nəticələri olmayacaqsa... Sizə elə gəlirmi nəticə olacaq?

P.S. Ramin Musayev kiminçünsə yaxşı insan ola bilər, kiməsə yaxşılıq da elə bilər, ancaq bu, o demək deyil ki, bu və başqa cinayət tərkibli əməllərinə bəraətdi... Ramin Musayev futbol aləmində heç qayda-qanun bilmədən öz diqtəsiylə və müxtəlif hiylələrlə vəzifədə qalıb. Ancaq bir həqiqət aksiomadı: oxucunun futbol aləmində hər kəsin əsl mahiyyətinə bələd olmaq və onu "maskasız" tanımaq hüququ var...


oxunma sayı: 3212 | Paylaş:




?>