Bakı "İnter"i qolkiperini geri qaytardı
Paylaş:
“İnter” Səlahət Ağayevi geri qaytarıb. Azərbaycan millisinin qapıçısı son mövsümü “Sumqayıt”da keçirib. Müqavilə ilə paytaxt klubuna məxsus olan futbolçu icarə müddəti bitən kimi yenidən “bankirlər”in sıralarına qayıtmalı olub.
Avropa Liqasına vəsiqə qazanan “İnter” böyük ehtimalla növbəti mövsümdən Ağayevin xidmətindən yararlanmağa çalışacaq.
| Paylaş: