')

Bu gün:


FutbolPress.Az | EKSKLÜZİV! Nikolas Kanalesin qiyməti 1 milyon avronu keçdi

EKSKLÜZİV! Nikolas Kanalesin qiyməti 1 milyon avronu keçdi


oxunma sayı: 619 Paylaş:

FutbolPress"Neftçi" bu mövsüm ardıcıl üçüncü çempionluğunu qeyd etdi. Komandanın qazandığı uğurlarda ən böyük pay sahibi təbii ki, Nikolas Kanalesdi. Paytaxt klubunun vurduğu 59 qolun 26-nı çilili hücumçu aktivinə yazdı.

Kanales tək ölkə çempionatında yox, Avroliqada sərgilədiyi oyunla nəinki Azərbaycanda, eyni zamanda Avropada da diqqət çəkdi.

"FutbolPress"in əldə etdiyi xəbərə görə, Premyer Liqanın bombardiri üçün bir müddət əvvəl Şərqi Avropa ölkələrinin birindən 1 milyon avroluq təklif gəlib. Bundan başqa təkliflərin olduğu haqda da məlumatımız var.

Nikolasın "Neftçi"də qalıb-qalmayacağı hələ dəqiqləşməyib. Yaxın günlərdə futbolçunun meneceri Bakıya gəlib, klub rəhbərliyi ilə masa arxasında vəziyyətə aydınlıq gətirəcək


oxunma sayı: 619 | Paylaş:




?>