')

Bu gün:


FutbolPress.Az | EKSKLÜZİV! Aleksandr Şoliç "Bakı"dan gedəcək

EKSKLÜZİV! Aleksandr Şoliç "Bakı"dan gedəcək


oxunma sayı: 453 Paylaş:

FutbolPressBu mövsüm uğursuzluğu ilə diqqət çəkən "Bakı" əksər futbolçuları ilə yollarını ayıracaq. Yeni mövsümdən daha çox yerlilərə güvənəcək paytaxt klubu bəzi legionerlərə qapını göstərəcək.

"FutbolPress"in əldə etdiyi xəbərə görə, "zolaqlılar"ın heyətində ən çox oyun keçirmiş əcnəbilərdən biri olan Aleksandr Şoliç komandadan gedəcək. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, legionerlə hələ konkret danışıqlar olmayıb.

Aleksandr Şoliç 2009-cu ildən "Bakı"da oynayır. Bu mövsüm 23 oyunda iştirak edən futbolçu rəqib qapılarından 3 qol keçirib.


oxunma sayı: 453 | Paylaş:




?>