')

Bu gün:


FutbolPress.Az | "Rəvan"ın əcnəbiləri gedir

"Rəvan"ın əcnəbiləri gedir


oxunma sayı: 208 Paylaş:

FutbolPress"Rəvan”ın iki futbolçusu çıxış etdikləri milli komandalardan dəvət alıb. Söhbət Syerra Leone millisinin şərəfini qoruyan Samuel Barlay və Litva yığma komandasında oynayan Mindauqas Kalonasdan gedir. Hər iki futbolçu iyunda milli komandalarına xidmət edəcək.

2010-cu ildən Azərbaycanda legioner həyatı yaşayan 26 yaşlı Barlay növbəti dəfə baş məşqçi Lars-Olof Mattssonun diqqətini çəkib. Daim milliyə çağırılan yarımmüdafiəçi Syerra Leone yığma komandasının iyunun 8-i və 15-də uyğun olaraq Tunis və Kabo Verde mililərinə qarşı keçirəcəyi görüşlər üçün dəvətlidi.

Bu ilin əvvəlindən "Rəvan"a qoşulan Mindauqas Kalonas isə iyunda 1 matçda forma geymək şansına malikdi. Litva millisinin macar çalışdırıcısı Çaba Laslo onu iyunun 7-də Yunanıstan yığma komandasına qarşı keçirəcəkləri oyuna çağırıb.


oxunma sayı: 208 | Paylaş:




?>