')

Bu gün:


FutbolPress.Az | Bakıda son məşq

Bakıda son məşq


oxunma sayı: 186 Paylaş:

FutbolPressPremyer Liqasının cari mövsümündə sonuncu matçını  "Xəzər Lənkəran”la keçirəcək "Rəvan" səfər matçı öncəsi Bakıda son məşqına çıxıb.

"Bayıl Arena”da baş tutan səhər məşqində futbolçular isinmə hərəkətlərindən sonra fiziki hazırlıq üzərində çalışıb. Məşqin əsas hissəsi isə taktiki-texniki hazırlığa və toplu çalışmalara həsr edilib.

Dar sahədə ani ötürmələr, pressinq altında topu özündə saxlama və qapıya zərbələr üzərində çalışdıqdan sonra futbolçular yarı meydanda ikitərəfli oyunda qüvvələrini sınayıblar.

Səfər zamanı cəzalı durumda olan Nikolay Orlovski ilə Şəhriyar Rəhimov, o cümlədən zədə üzündən mövsümü erkən qapayan Tural Axundov komanda ilə birgə olmayacaq. Onların əvəzində əvəzedicilərdən Anar Həsənov, Cəmil Rəhimli və Əli Əliyev əsas komandaya cəlb olunub.

"Xəzər Lənkəran" - "Rəvan" matçı mayın 20-i baş tutacaq.


oxunma sayı: 186 | Paylaş:




?>