')

Bu gün:


FutbolPress.Az | "POYEZDKA" MƏSƏLƏSİ... (YAZI)

"POYEZDKA" MƏSƏLƏSİ... (YAZI)


oxunma sayı: 703 Paylaş:

Tahir Süleymanov "Neftçi"yə vitse-prezident təyin olunandan sonra jurnalist ailəsindən olduğunu büruzə vermək üçün mətbuatla bir neçə iş görmək istədi. Hələ qədim zamanlardan kasıb, ancaq vicdanlı, əhli-qələm yazarlarımızla tez-tez zəngləşib "Siz "El Mundo"da işləməyə layiq yazarsız" və s. təsəllilərlə gələcəyə ümid qığılcımları yaradan Süleymanov süniliyinin fərqində olmadığımızı sanırdı. Gecələr redaksiyada yatdığımız günlər bizə çox şey öyrədib. Biz təsəlli və boş ümidlərə sadəcə baş yelləyə bilərik, 10 dəqiqədən sonra eyforeyadan çıxmaq əlimizdə heç nədi - özün də bilirdin bunu. Ancaq danışdırdın da...

Sonra Tahir müəllim Mətbuata Yardım Fondu adlı söhbət açdı. Yığdı hamımızı "Neftçi"nin bazasına. Orda Tahir müəllimi eşitdik; söz bizə çatanda, təxminən 20 baş redaktor vıdı-vıdı dığ-dığ... Yardım söhbəti getdi işinin dalınca. Tahir müəllim günümüzə "El Mundo" ağlamaq istədi, ancaq ortaya "Əbülfətin xəbərləri" mənasında bir şey çıxdı...

Sonra bir neçə dəyərli yazar dostumuz aramızdan getdi özünə gün ağlamağa. İdman mediası parçalandı. Böyük-kiçik itdi, peşəkarlar napəşəkarlara qarışdı, aləm dəydi bir-birinə. Sonra satılanlar oldu. Sonra satılmayanları satılmağa cəhd edənlər oldu. Sonra satılmayan jurnalistlər satılan jurnalistlərə kəmiyyətdə uduzdu. Sonra nə oldu?

Bəzi klublar xarici səfərlərə jurnalist aparmağa başladılar.

...Beləliklə idman mediasının leksikonuna "poyezdka" sözü gəldi. Gəlişiylə də araya nifaq saldı.

Klublarımız düz eləmirlər. Niyə?

Bu ənənəni ilk dəfə "Xəzər Lənkəran" qoyub. Hələ 5 il əvvəl Türkiyəyə "Beşiktaş"la yoldaşlıq oyununa jurnalist qrupu aparmışdılar. Ondan sonra "Bakı" bu yolla getməyə başladı. Avrokuboklara çıxanda səfərdəki oyuna bir neçə jurnalist də ezamiyyətə aparıldı. Son vaxtlar isə "İnter", "Qarabağ" və "Neftçi" də bu cür eləməyə başlayıb.

Bəs "poyezdka"nın problemləri nələrdən ibarətdi?

Hər addımda jurnalistlərdən narazılığını bildirən klub rəsmilərindən bir məsələyə diqqət yönəltmək istəyirəm. Avropa təcrübəsinə baxsaq, yaxın Türkiyədə 5-6 il əvvələ qədər klublar nüfuzlu idman yazarlarını "poyezdkaya" aparıblar. Ancaq bu, mətbuatda dedi-qodulara səbəb olduğuna görə, qəzet və agentliklər bundan imtina etdilər. Ondan sonra "poyezdka" redaksiya hesabına maliyyələşməyə başladı. Çünki buna imkan var. Orada ən az büdcəli qəzet, bölgə qəzeti belə bizim ən tirajlı qəzetimizdən daha varlıdı. Deməli, bizdə vəziyyət nə yerdədi? - Türkiyədə jurnalistlərin klub hesabına "poyezdka"ya aparılması dövründəyik. Bu dövrün də öz qaydaları və təcrübəsi var.

Məsələn, götürək, sonuncu "poyezdka" mövsümünü - artıq klublarımızın Antalyada başlayan təlim-məşq toplanışları. Klublar bir neçə saytı "poyezdka"ya aparıb. Bəs seçim necə aparılır?

Tiraj əsas götürülür? Yox. Operativlik və ya keyfiyyətli iş? O da tam yox. Bəs nə?
Bizim klublar jurnalistlə şəxsi münasibətlər və ya jurnalistin "Məni aparımalısan" xəbərdarlığından sonra "poyezdka" siyahısı tərtib edir.

"Poyezdka" elə bir həssas məsələdi ki, burada qəzetin və ya saytın peşəkarlığı özünü davranışında büruzə verməlidi. Yoxsa qəzet, sayt kluba "Bizi aparacaqsız?" sualı verdisə, bu oldu, komiks. Sarı mətbuat yəni, Tahir müəllim, siz bilərsiz belə şeyləri...

Belə çıxır ki, idman mətbuatı başdan-ayağa sarı rəngə boyanıb. Nadir tapıntılar olar ki, kluba müraciət eləmir, klubdan müraciət gözləyir. Belələrinə indi "əfəl" kimi baxırlar.
- Kimi gözləyirsən, klub özbaşına səni aparandı?
"Poyezdka" məsələsində jurnalistlər arasında ən aktual sual bu sayılır.
Ancaq klub rəhbərləri bilməlidi: əvvəla, jurnalisti "poyezdka"ya aparmaq mütləq deyil. Aparırsızsa, onda seçimi tam eləmək mütləqdi. Ya heç biri aparılmamalıdı, ya da aparılanlar arasında saytın və ya qəzetin mövqeyi nəzərə alınmalıdı. Klubların rəsmi saytları var - informasiyanızı oradan da verə bilərsiz. Ən azı, "FutbolPress" hansısa saytdan məlumat "oğurlamayacaq". Onda belə çıxır ki, biz klubların təlim-məşq prosesindən oxucumuza məlumat çatdıra bilmirik, reportajımız alınmır, fotolar və s. Bunun isə baiskarı klubdu. Klub rəsmi saytı da "dincə" qoyub, işlətmirsə, biz informasiya blokadasına düşürük.

İdman mediasında "poyezdka" mənzərəsi bax, bu cürdü. Yenə problemlər, yenə peşəkarlığı axırıncı sıraya qoyanlar, yenə ayrıseçkilik. Bunun yeganə çarəsi güclənməkdi. Saytlar və qəzetlər güclənnməlidi, maliyyə resurs imkanları dayanıqlı olmalıdı. Ancaq necə?
Necəsini yaxşı bilsək də, ənəglləri aşmaq bilməklə bitmir...


oxunma sayı: 703 | Paylaş:




?>