')

Bu gün:


FutbolPress.Az | MƏHMƏT AK : FUTBOLÇULARIN ÇALIŞMAQ ƏZMİNƏ HƏSƏD APARIRAM

MƏHMƏT AK: FUTBOLÇULARIN ÇALIŞMAQ ƏZMİNƏ HƏSƏD APARIRAM


oxunma sayı: 180 Paylaş:

"Neftçi"nin fiziki hazırlıq üzrə məşqçisi Məhmət Ak klubun rəsmi saytına açıqlama verib. Türkiyəli mütəxəsis komandanın hazırlıq prosesi barədə bunları deyib:

"Komandaya yeni qoşulmuşam. Hazırlığın ikinci günü futbolçulardan test götürdük. Nəticələrin bizi qane etdiyini deməliyəm. Məhz bu testin sayəsində baş məşqçi Arif Əsədovun planına uyğun, hansı futbolçuya nə qədər tapşırıq verməli olduğumuzu öyrəndik. Artıq bu gün komanda üzvləri fitnes testinə cəlb ediləcək. Futbolçuların çalışmaq əzminə isə yalnız həsəd aparmaq lazımdı.

Komandanın kapitanı Rail Məlikov məşqlərdə futbolçuları sanki vacib oyuna kökləyir. Bu isə məşqçilər korpusunun işini asanlaşdırır. Bütün heyət üzvləri çox istəklə çalışır. Texniki-taktiki cəhətdən komanda yüksək səviyyədədi. Fiziki hazırlğı da eyni səviyyəyə çatdıra bilsək, "Neftçi" qarşısıalınmaz olacaq.

Təlim-məşqə yeni başlamışıq, bir müddət sonra fiziki hazırlıq da ən üst səviyyədə olacaq. Klubda olan ab-hava isə mükəmməldi. Klub rəhbərliyi və baş məqşçimiz kollektivdə gözəl atmosfer yaradıb. Vitse-prezident Tahir Süleymanov da Antalyada düşərgədə komandanın məşqini yaxından izləyir və isti münasibətə görə ona da minnətdarlığımı bildirirəm. Daxildə olduqda bunu görmək mümkündü. Heyətdə istedadlı gənc futbolçulara daim diqqət yetirilir. Bu, çox yaxşı haldı".


oxunma sayı: 180 | Paylaş:




?>