Zarafatlarla dolu məşq
Paylaş:
"Rəvan” Premyer Liqanın XXVIII turunda aprelin 27-də "Turan”ı minimal hesabla üstələyəndən sonra baş məşqçi Ramil Əliyevin istəyi ilə futbolçulara 1 günlük istirahət verilmişdi. Bazar günü dincələn futbolçular ötən gündən məşqləri bərpa ediblər.
Komanda artıq "Sumqayıt”la mayın 4-də baş tutacaq növbəti oyuna hazırlaşır. Ənənəvi olaraq oyundan sonrakı ilk məşq bərpaedici xarakter daşıyıb. Yüngül zədəsi olanlar meydanın kənarında sadə qaçışla kifayətlənibsə, digərlərini də məşqçilər yormayıb.
İsinmə hərəkətlərindən sonra toplu çalışmalara başlayan oyunçularda yüksək əhval-ruhiyyə hiss olunub. Elə bunun nəticəsidi ki, məşqin sonuna doğru çalışmalarla yanaşı, zarafatlar da özünə yer tapıb.
| Paylaş: