Dieqo Simeone: "Azarkeşlər “Bakı” ilə sabahkı yoldaşlıq görüşümüzdən zövq alacaqlar"
Paylaş:
İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone Azərbaycana səfərləri və “Bakı”ya qarşı keçirəcəkləri yoldaşlıq oyunu barədə fikirlərini açıqlayıb. Təcrübəli mütəxəssis təşkil olunan mətbuat konfransında bunları dilə gətirib:
“Bakıda olmaqdan çox məmnunuq. Ümid edirəm ki, azarkeşlər “Bakı” ilə sabahkı yoldaşlıq görüşümüzdən zövq alacaqlar.
Bu, ilk növbədə dostluq matçıdı və azarkeşlərin televiziyadan izlədiyi, indi isə yaxında görə biləcəyi futbolçuların matçında şou gözlənilir.
Ancaq bu, eyni zamanda hansı yerli komandanın olduğunu göstərəcək. Biz bu oyunda qalib gəlmək istəyirik və meydana bunun üçün çıxacağıq”.
| Paylaş: