')

Bu gün:


FutbolPress.Az | "Neftçi"nin əcnəbi hakim istəyinə "Qarabağ"dan rəsmi mövqe

"Neftçi"nin əcnəbi hakim istəyinə "Qarabağ"dan rəsmi mövqe


oxunma sayı: 590 Paylaş:

FutbolPress"Hakimlər Komitəsi istəsə, bu qarşılaşmada təmiz hakimlik görə bilərik"

Premyer Liqanın XXIX turunda "Qarabağ" doğma meydanda "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirəcək. "Ağ-qaralar" hazırda 57 xalla turnir cədvəlinə başçılıq edir. Ağdam təmsilçisi rəqibindən 3 xal az toplayaraq 2-ci pillədə qərarlaşıb.

Şənbə günü oynanılacaq matç çempionluq uğrunda mübarizə baxımından maraqlı keçəcək. "Neftçi"nin rəisi Güloğlan Cabbarov mətbuata açıqlama verərək sözügedən qarşılaşmanın idarəçiliyinin əcnəbi hakimə tapşırılmasının tərəfdarı olduqlarını bildirib.

Məsələ ilə əlaqədar "Qarabağ"ın da mövqeyini öyrənməyə çalışdıq. Ağdam klubunun direktoru Əmrah Çəlikəl "FutbolPress"ə açıqlamasında bunları dilə gətirdi:

"Əcnəbi hakimlik söhbətinə PFL aydınlıq gətirsə, daha yaxşı olar. Biz qərəzsiz mövqe tələb edirik. Hakimlər Komitəsi istəsə, bu qarşılaşmada təmiz hakimlik görə bilərik. İnanırıq ki, "Neftçi" ilə oyunumuza ən layiqli referini göndərəcəklər.

Bizim üçün ən vacib oyun olacaq. Altılıq mərhələsi elədi ki, hər qələbədən sonra məsuliyyət daha da artır. Düşünürəm ki, "Neftçi" ilə duel bu günə qədər olan görüşlərin finalıdı. Onu da bilirik ki, XXX turdakı matç da əhəmiyyətlidi. Ancaq hazırda şənbə günü keçiriləcək qarşılaşmaya hazırlaşırıq".


oxunma sayı: 590 | Paylaş:




?>