')

Bu gün:


FutbolPress.Az | RAMİZ MƏMMƏDOV : "ERMƏNİ FUTBOLÇUNU ARTIQ YOLA SALMIŞIQ" (MÜSAHİBƏ)

RAMİZ MƏMMƏDOV: "ERMƏNİ FUTBOLÇUNU ARTIQ YOLA SALMIŞIQ" (MÜSAHİBƏ)


oxunma sayı: 488 Paylaş:

"Mən Berti Foqtsun köməkçisi deyiləm"

Qazaxıstanın "Atırau" klubunun yeni baş məşqçisi Ramiz Məmmədovun müsahibəsi.

- Klub barədə təəssüratınız necədi?

- Yanvarın 4-dən artıq məşqlərə başlamışıq. Komandanın əsasını gənc futbolçular təşkil edir. Onların arasında yığmanın üzvləri yer alır. Denis Radionov və Pirəli Əliyev millidə çıxış edirlər. Baxışa çağırdığımız futbolçular ümidləri dorğrultmadılar. Onları yola saldıq getdilər. Komandaya yeni oyunçular dəvət edəcəyik. Bunlar əsasən, Braziliya və Portuqaliyadan olacaq. Bilirsiz ki, Qazaxıstan Futbol Federasiyasının reqlamentinə uyğun olaraq, əsas komandanın heyətinə yaşı 19-a qədər olan iki futbolçu salınmalı və onlardan biri meydanda olmalıdı. Qazaxıstanda gənc oyunçulara böyük önəm verilir.

- Klubun bazası sizi qane edir?
- Burada futbol oynamaq üçün lazım olan hər bir şərait yaradılıb. Qazaxıstanda hava çox sərt keçdiyinə görə, əksər meydançalar süni örtüklüdü. Buna baxmayaraq, təlim-məşq və hazırlıq prosesi keçmək üçün klubun bazasında imkan var.

- Neçə illik müqavilə bağlamısız?
- Razılaşmamız 1+1 nəzərdə tutulub.

- Klub rəhbərliyi qarşınıza hansı məqsədi qoyub?
- Əlbəttə ki, çempionatda uğurlu nəticə əldə edib Avropa Liqasına vəsiqə qazanmağı. Tapşırılan işin öhdəsindən gəlmək üçün rəhbərlik dəstəyini əsirgəmir. Bilirsiz ki, çempionat martda başlayacaq. Bununla bağlı bütün planlarımızı hazırlamışıq. İndi əsas diqqətimizi oyunçu seçiminə yönəltmişik.

- Azərbaycandan futbolçu dəvət etməyi nəzərdə tutmusuz?
- Bir neçə futbolçu var, amma hamısının klubu olduğu üçün adlarını çəkmək istəmirəm. Hər halda milli səviyyəli futbolçulardı. Burada legioner limiti minimum (5 nəfər) olduğuna görə, gələn futbolçular yığma komandada çıxış edənlər olmalıdı.

- Heyətdə olan erməni futbolçunun aqibəti necə oldu?
- Bu söhbət artıq qapanıb, erməni futbolçunu yola salmışıq.

- Bilirsiz ki, AVRO-2012-nin qrup mərhələsində rəqibimiz olan Qazaxıstan millisilə yayda qarşılaşacağıq. Rəqib barədə Berti Foqtsa hər hansı məlumat, məsləhət verəcəksiz?
- Xeyr, çünki mən Foqtsun köməkçisi deyiləm. Yəqin ki, çempionatı onun köməkçiləri diqqətdə saxlayarlar. Bu məsələlərə qarışmaq istəmirəm, güclü olan qalib gəlsin.

- Azərbaycanla Qazaxıstan futbolu, klubları, çempionatını necə müqayisə edərdiz?
- Reytinqə baxsaq, biz onlardan irəlidəyik. Amma ümumi planda ciddi bir fərq yoxdu. Deyərdim ki, eyni səviyyəli ölkələrdi. Sadəcə, Azərbaycanda legionerlər çoxluq təşkil edir, ona görə də oyunların səviyyəsində azca irəliləyiş var. Burada isə limit 5-di.

- Azərbaycan klubları ilə yoldaşlıq oyunu nəzərdə tutmusuz?
- Əlbəttə, plan var. Çox güman ki, "Qəbələ" ilə görüşərik. 4 il orda işləmişəm, çörəyini yemişəm və Qəbələ futbolunun uğuru üçün həmişə ürəkdən sevinmişəm. Konkret danışıq olmasa da, həm Qəbələdə, həm də Qazaxıstanda oyun keçirmək fikrim var. Bir də ki, Qəbələdə təlim-məşq toplanışı keçirmək üçün hər bir şərait mövcuddu.//sportal.az


oxunma sayı: 488 | Paylaş:




?>