')

Bu gün:


FutbolPress.Az | Əfran İsmayılov:   "Neftçi"ylə oyunlarımızda baş verənlər çox şişirdilir"

Əfran İsmayılov:  "Neftçi"ylə oyunlarımızda baş verənlər çox şişirdilir"


oxunma sayı: 371 Paylaş:

FutbolPress"Bundan sonra hər xal itkisi əleyhimizə işləyəcək"

"Qarabağ" Premyer Liqanın son turunda doğma meydanda "İnter"i qəbul elədi. 5 qolun vurulduğu oyundan Ağdam klubu qalib çıxdı - 3:2. Bu qələbə sayəsində turnir cədvəlində 2-ci pilləyə yüksələn komandanı lider "Neftçi"dən 3 xal ayırır.

"Qarabağ"ın futbolçusu Əfran İsmayılov "FutbolPress"ə açıqlamasında "İnter"lə görüş haqda fikirlərini bölüşdü:

"Həqiqətən də çox gərgin oyun keçdi. Meydanda çempionluğa iddialı iki rəqib komanda var idi. 5 qol vuruldu. Futbolun da gözəlliyi bundadı. 2:0 hesabı ilə önə keçsək də, "İnter" qısa vaxtda oyuna tarazlıq gətirdi.

Elə bir məqam yaranmışdı ki, rəqib oyunu öz xeyrinə də həll edə bilərdi. Buna imkan vermədik. Bütün gücümüzü toplayıb qələbə topunu vurduq. Bundan sonra hər xal itkisi əleyhimizə işləyəcək. Ona görə qarşıdakı oyunlarda maksimum nəticəyə oynamalıyıq".

"Qarabağ" Azərbaycan Kubokunun yarımfinalında "Neftçi" ilə üz-üzə gələcək. Əfran aprelin 17-ə oynanılacaq qarşılaşma ilə bağlı bunları dedi:

"Bizi yenə maraqlı oyun gözləyir. Baxamayaraq ki, Premyer Liqadakı axırıncı oyundan sonra söz-söhbətlər yaranmışdı, azarkeşlər bu komandaların duelindən zövq alacaqlar.

"Neftçi"ylə oyunlarımızda baş verənlər çox şişirdilir. Halbuki, buna ehtiyac görümürəm. Bütün diqqətimizi bu matça yönəltmişik. Kubok qazanmaq da çox maraq olardı. İstəyirik ki, hər iki cəbhədə uğur qazanaq.


oxunma sayı: 371 | Paylaş:




?>