')

Bu gün:


FutbolPress.Az | VAQİF SADIQOV : İKİ HƏFTƏDƏN SONRA ŞAD XƏBƏR DEYƏCƏM

VAQİF SADIQOV: İKİ HƏFTƏDƏN SONRA ŞAD XƏBƏR DEYƏCƏM


oxunma sayı: 538 Paylaş:

Kimdənsə küsüb nə qazanacam ki?

Qış "pəncərəsi" açılandan transferlər, baş məşqçi dəyişilikləri gündəmin əsas mövzusu olur. Biz də vaxtaşırı işsizləri arayıb, son məlumatları sizə çatdırmağa çalışırıq.

İşsizlərdən biri də millini, "Qarabağ"ı, "Neftçi" və s. klubları çalışdırmış Vaqif Sadıqovdu. Sadıqov deyir ki, xeyli vaxtdı futboldan uzaq düşüb: "Şəxsi işlərə görə futboldan bir xeyli aralı düşmüşəm. Anam naxoşdu, onun qayğısındayam".

- Bəs indəyədək kimsə sizi arayıbmı, təkliflər olubmu?
- Xeyr. Heç kim aramır. Təklif də yoxdu. Nisbi sakitçilikdi.
- Özünüz hansısa təşəbbüs etmisizmi?
- Vallah, futbol elədi ki, bir az meydandan kənara düşdünsə, tez bir zamanda yaddan çıxırsan. Əslində, bunu normal qarşılayıram. Kimdənsə küsüb nə qazanacam ki? Deməli, belə olmalıymış, olub da.
- Deməli, işləmək haqda hələ düşünmürsüz?
- Futbolla maraqlanmağa yetəri qədər vaxtım olmur. Amma yaxın günlərdə yaxşı bir şeylər olmalıdı, inşallah
- Nə barədə?
- Elə buyaxında biləcəksiz. Çox fərqli və yaxşı bir iş olmalıdı. İki həftədən sonra şad xəbər deyəcəm.
- Futbolla bağlıdı?
- Aha... Bax, Ramiz Məmmədovun xaricə getməyi məni çox sevindirdi. Bu əla göstəricidi. Biz futbolçuları düşünürük, ancaq unutmuşuq ki, son illər ümumiyyətlə xaricdə heç bir məşqçimiz çalışmayıb.
- Deyəsən, xaricdən iş təklifi almısız...
- Yox. Söhbət üst-üstə düşdü sadəcə. Xaricdən təklif olub, amma yayda. O da razılaşmadıq deyə, alınmadı.
- Hələ də klublar əcnəbi məşqçilərə üstünlük verirlər. Əksər halda da pullar havaya sovrulur. Götürək "Bakı"nı...
- Xəbərim var, Şaferlə yolları ayırmaq istəyirlər. Əslində, alman mütəxəssisin zəif olduğunu qətiyyən demərəm, ancaq Azərbaycanda hər məşqçi baş çıxara bilməz. Buranın futbolu və futbol aləmi spesifikdi.


oxunma sayı: 538 | Paylaş:




?>