Tahir Gözəl: "Transferlərin olub-olmayacağı Qurban Qurbanovdan asılıdı"
Paylaş:
"Qarabağ"ın prezidenti Tahir Gözəl komandasının "İnter" üzərindəki 3:2 hesablı qələbəsini və çempionluq yarışını dəyərləndirib. Klub rəhbəri "bankirlər"lə görüşdən sonra bunları dilə gətirib:
"Qarabağ"ın qarşısına çempionluq hədəfi qoymuşuq. Adətən avrokuboklarda iştirak edirdik. Ancaq ötən mövsüm alınmadı. Bu il isə daha iddialı çıxış edirik, çempionluq istəyimizin ardınca uğurla gedirik.
Bu mübarizədə ciddi rəqiblərimiz var. Ən xırda detallara da fikir verməliyik. Biz rəhbərlik olaraq çalışırıq ki, komandanın işinə qarışmayaq. Komandamız çempionluq əldə eləsə, transferlərin olub-olmayacağı Qurban Qurbanovdan asılıdı.
Çempion olmağa inamım böyükdü. "Neftçi" kimi rəqibi bu mövsüm 3 dəfə məğlub edə bilmişiksə, deməli, işimizə daha ciddi yanaşıb bundan sonrakı oyunlarda da əlimizə düşən fürsətləri boşa verməməliyik.
Bugünkü matçdan xoşum gəldi. Həmişə çətinlik çəkdiyimiz "İnter"lə oyunda yaxşı çıxış edib qələbə qazandıq. Komandamız 2:0 hesabı ilə öndə olarkən rəqib oyuna tarazlıq gətirə bildi.
Daha sonra futbolçularımız toparlanıb qələbə topunu vurdu. Bu da onu göstərir ki, komandada intizam güclüdü. Rəqib qol vursa belə, ruhdan düşmürük və sonadək mübarizə aparırıq.
Qarşıdakı görüşlərdə də bu cür etməliyik. Yalnız bu məqsədlə qarşıya qoyulan məqsədə çata bilərik. Baş məşqçiyə təşəkkür edirəm. Çemponatın səviyyəsinin artması "Qarabağ"ın oyunlarına da müsbət təsir edir".
| Paylaş: