')

Bu gün:


FutbolPress.Az | "Kəpəz"in baş məşqçisi "Xəzər Lənkəran"la oyuna gəlməyəcək

"Kəpəz"in baş məşqçisi "Xəzər Lənkəran"la oyuna gəlməyəcək


oxunma sayı: 222 Paylaş:

FutbolPressBu gün Şəmkirdə "Xəzər-Lənkaran"la üz-üzə gələcək "Kəpəz"in əvəzedici heyətini baş məşqçinin köməkçisi Azər Məmmədov meydana çıxaracaq.

Buna səbəb baş məşqçi Mehman Hacıyevin Bakıda AFFA tərəfindən təşkil olunan məşqçilik kurslarına qatılmasıdı. Hacıyevin yoxluğunda həftənin əvvəlindən futbolçuları sözü gedən oyuna məhz Azər Məmmədov hazırlayıb.

Cənublularla oyunöncəsi əvəzedicilərin son məşqi Gəncə şəhər stadionunun əsas meydançasında baş tutub. Hazırlıq prossi gözlənildiyi kimi uzun sürməyib.

Azər Məmmədov heyətlə bağlı ciddi problemin olmadığını və komandanın oyuna tam hazır olduğunu bildirib.


oxunma sayı: 222 | Paylaş:




?>