FutbolPressTV: Dünya Çempionatında ilk qırmızı vərəqə və Berti Foqts (Süjet)
Paylaş:
FutbolPressTV göstərməyə davam edir. Bu dəfə sizə Dünya Çempionatları tarixində göstərilən ilk qırmızı vərəqədən və bunun Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsla bağlılığından danışacağıq.
Dünya Çempionatlarında sarı və qırmızı vərəqələr ilk dəfə Meksikada keçirilən turnirdə tətbiq olundu. Lakin bu turnir ərzində qırmızı vərəqə alan olmadı.
1974-cü ildə Qərbi Almaniyada keçirilən çempionat zamanı meydan sahibləri Çilini qəbul edirdi. Matçın 67-ci dəqiqəsində çilili futbolçu Karlos Kasseli Berti Foqtsa qarşı qaydanı pozdu və türkiyəli hakim aranı sakitləşdirəndən sonra ona qırmızı vərəqə göstərərək meydandan qovdu.
| Paylaş: