')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" yeni baş məşqçisinə nə vaxt qovuşacaq?

"Qəbələ" yeni baş məşqçisinə nə vaxt qovuşacaq?


oxunma sayı: 525 Paylaş:

FutbolPress"Mətbuatda bir neçə nəfərin adı hallanır, ancaq..."

"Qəbələ"nin uğursuz çıxışından sonra baş məşqçi Ramiz Məmmədov komandadan istefa verdi. Klub rəhbərliyi onun yerinə müvəqqəti olaraq əvəzedici heyətin çalışdırıcısı Luis Araqonu gətirdi.

Məmmədovun gedişindən sonra bölgə təmsilçisinin yeni baş məşqçisinin kim olacağı maraqla gözlənilir. Artıq bununla bağlı mətbuatda bir neçə mütəxəssisin adı çəkilir.

"Qəbələ"nin baş meneceri Zaur Əzizov isə "FutbolPress"ə açıqlamasında məsələyə belə münasibət bildirdi: "Hazırda heç bir mütəxəssislə danışıq aparmırıq. Mətbuatda bir neçə nəfərin adı hallanır, ancaq bunlar həqiqəti əks etdirmir.

Əsas diqqətimizi təşkilati işlərin uğurla reallaşdırılması, futbol akademiyamızın genişləndirilməsi və yeni etaba keçid mərhələsinə yönəltmişik.

Bundan əlavə, çempionatın sonunda layiqli nəticə qazanmağı hədəfləmişik. Komanda Luis Araqonun rəhbərliyi ilə hazırlıqlarını davam etdirir. Yeni baş məşqçi ilə danışıqlara başlayacağımız vaxt konkret məlum deyil".


oxunma sayı: 525 | Paylaş:




?>