')

Bu gün:


FutbolPress.Az | Azərbaycan Premyer Liqasında yenilik!

Azərbaycan Premyer Liqasında yenilik!


oxunma sayı: 644 Paylaş:

FutbolPress"UEFA-nın təlimatına uyğun olaraq bir çox ölkədə artıq bu sistemə keçid olub"

Azərbaycan Premyer Liqasının qarşıdakı turlarından etibarən yenilik tətbiq olunmağa başlayacaq. Ölkə çempionatının növbəti turundan başlayaraq oyunlar beş hakimli sistemlə idarə olunacaq.

Bu barədə "FutbolPress"ə Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məlumat verdi. Qurum rəsmisi saytımıza açıqlamasında vurğuladı ki, yeni sistem bütün oyunlara şamil edilməyəcək:

"UEFA-nın təlimatına uyğun olaraq bir çox ölkədə artıq bu sistemə keçid olub. Biz də bununla bağlı Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla müzakirələr aparmışıq. Qərara alınıb ki, qarşıdakı turların oyunlarına beş hakim təyinat alsın.

Ancaq bir məqamı qeyd edim ki, bu, turun bütün oyunlarına şamil edilməyəcək. Sınaq məqsədi daşıdığından bəzi oyunlara tətbiq olanacaq. Yaxın günlərdə hansı görüşlərin beş hakimlə idarə olunacağı açıqlanacaq.

Sınaqlar özünü doğrultsa, AFFA İcraiyyə Komitəsinin növbəti iclasını gözləmək lazım gələcək. Çünki bu haqda yekun qərarı məhz sözügedən qurum verəcək".

UEFA artıq öz bayrağı altında təşkil olunan Çempionlar Liqası və Avropa Liqası oyunlarında beş hakimli sistemdən yararlanır. Məhz bu sistemin müəyyən qədər faydalı olması qitə futbol qurumunu ruhlandırıb. Bu üzdən də indi bütün ölkə çempionatlarında beş hakimin xidmətindən yararlanması məqsədəuyğun hesab olunur.


oxunma sayı: 644 | Paylaş:




?>