')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" Ukraynada şou göstərdi

"Qəbələ" Ukraynada şou göstərdi


oxunma sayı: 337 Paylaş:

FutbolPressUkraynanın Donetsk şəhərində təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin 14 yaşa qədər futbolçulardan ibarət komandası ötən gün sözügedən ölkədə ilk yoxlama oyununu keçirib.

Yerli "Şaxtyor-2" kollektivi ilə üz-üzə gələn bölgə təmsilçisi rəqibinə heç bir şans verməyib. Oyunu yüksək səviyyədə keçirən "qırmızı-qaralar" ukraynalıların qapısından 3 cavabsız top keçiriblər.

"Qəbələ"nin qollarını İlkin Abdullayev, Osman Soltanov və Murad Qayalı vurub. Komanda Ukraynada növbəti oyununu martın 31-i keçirəcək. 2-ci sınaq matçında "Qəbələ" "Şaxtyor"la qarşılaşacaq.


oxunma sayı: 337 | Paylaş:




?>