')

Bu gün:


FutbolPress.Az | "Neftçi"dən Araz Abdullayevin törətdiyi qəzayla bağlı açıqlama "FutbolPress"də

"Neftçi"dən Araz Abdullayevin törətdiyi qəzayla bağlı açıqlama "FutbolPress"də


oxunma sayı: 962 Paylaş:

FutbolPress"Hadisənin baş verdiyi zaman orada başqa bir avtomobil də günahkar olub"

“Neftçi”nin futbolçusu Araz Abdullayevin bu gün klubun bazasına yollanarkən avtomobil qəzası törətdiyini bildirmişdik. Gənc yarımmüdafiəçinin idarə etdiyi avtomobil Nobel prospektində 2 süpürgəçini vurub. Həmin şəxslərdən biri aldığı zərbədən yerindəcə ölüb.

"Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Gündüz Abbaszadə hadisə ilə "FutbolPress"ə açıqlama verdi:

"Bu hadisə hər bir insanın başına gələ bilər. Heç kim bundan sığortalanmayıb. Şahidlərin ilkin məlumatına görə, hadisənin baş verdiyi zaman orada başqa bir avtomobil də olub. Həmin avtomobilin 
günahın böyük pay sahibi olduğu bildirilir.

Hazırda araşdırma gedir. 
Hadisənin baş verdiyi ərazidə təhlükəsizlik kameraları olduğundan yol qəzasının səbəbləri həmin kameraların köməyi ilə dəqiqləşdiriləcək. Əsl günahkar kimdisə, cəzasını alacaq"


oxunma sayı: 962 | Paylaş:




?>