')

Bu gün:


FutbolPress.Az | "QARABAĞ"IN RƏQİBLƏRİ MÜƏYYƏNLƏŞDİ

"QARABAĞ"IN RƏQİBLƏRİ MÜƏYYƏNLƏŞDİ


oxunma sayı: 168 Paylaş:

Qış fasiləsi zamanı Antalyada təlim-məşq toplanışı keçəcək "Qarabağ" 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq "Qarabağ"ın rəqibləri də məlumdur. Yanvarın 22-də komandamız ilk yoxlama oyununa çıxacaq. Rəqib Qazaxıstanın əsas dəstə komandası "Ordabaşı" klubudur. Yanvarın 26-da komandamız Ukrayna premyerliqa təmsilçisi "İliçivets"lə görüşəcək. Ağdam təmsilçisi yanvarın 30-u Rumuniyanın əsas liqasında 4-cü pillədə qərarlaşmış "Qaz Metan Medias"la qarşılaşacaq. Fevralın 3-ü, yaxud 4-də nəzərdə tutulan son oyunda rəqib hələ dəqiqləşməyib.


oxunma sayı: 168 | Paylaş:




?>