')

Bu gün:


FutbolPress.Az | NİKOLİTANIN "XƏZƏR LƏNKƏRAN"A KEÇİDİ BAŞ TUTMADI

NİKOLİTANIN "XƏZƏR LƏNKƏRAN"A KEÇİDİ BAŞ TUTMADI


oxunma sayı: 244 Paylaş:

"Xəzər Lənkəran" Rumıniyadan gətirmək istədiyi daha bir futbolçunun xidmətindən imtina edib. Lənkəran klubu "Styaua"nın futbolçusu Banel Nikolitayla pul məsələsində razılığa gələ bilməyib. Buna səbəb Buxarest klubunun futbolçusuna görə yüksək qiymət "oxumasıdır". Onlar Nikolitanın satışından 1.5 milyon avro qazanmağı hədəfləsə də, təmsilçimiz rumınların bu istəyini yerinə yetirməkdən imtina edib.

Xatırladaq ki, "Xəzər Lənkəran" analoji halla Buxarest "Dinamo"sunun oyunçusu Osman N`Doyedən də imtina etmişdi. O isə, ayına 30 min avro istəmişdi. Rednik də məhz buna görə onu transfer etmək istəmədiklərini açıqlamışdı.


oxunma sayı: 244 | Paylaş:




?>