AZAL-IN İMTİNA ETDİYİ FUTBOLÇULAR KİMLƏRDİ?
Paylaş:
Transfer çalışmalarına start verən AZAL komandadan göndəriləcək futbolçuların adını açıqlayıb. Belə ki, klubun ofisində keçirilən görüşdə baş məşqçi Nazim Süleymanov onun etimadını doğrultmayan legioner Marius Kazlauskas və həmyerlimiz Samir Abdulovun heyətdən kənarlaşdırılmasına qərar verib. Artıq AZAL-ın rəhbərliyi hər iki futbolçunu transferə çıxarıb. Həm Samir Abdulov, həm də Marius Kazlauskas müqavilənin qarşılıqlı razılıq əsasında pozulmasını xahiş edib. Bunları nəzərə alan rəhbərlik adı çəkilən futbolçulara azad agent statusu verib.
| Paylaş: