')

Bu gün:


FutbolPress.Az | ELMİR ƏLİYEV İSTEFAYA GÖNDƏRİLİR?

ELMİR ƏLİYEV İSTEFAYA GÖNDƏRİLİR?


oxunma sayı: 197 Paylaş:

Premyer Liqada uğursuzluq zolağından çıxa bilməyən "Gəncə"də işlər heç də qaydasında getmir. Belə ki, turun son oyununda "İnter"ə məğlubiyyət Regional Futbol Federasiyasının rəhbəri Xanlar Fətiyevin səbr kasasını daşırıb. Artıq "bankirlər"lə oyundan sonra Fətiyev klub prezidenti Elmir Əliyevlə görüşüb.

Məğlubiyyətin səbəblərinə tutarlı cavab tapa bilməyən Əliyevin qışda komandanı tərk edəcəyi, daha doğrusu, istefaya göndəriləcəyi bildirilib. Məlumatda həmçinin kluba yeni rəhbər kimi avtomibil zavodunun məsul şəxslərindən birinin gətiriləcəyi də qeyd edilir.


oxunma sayı: 197 | Paylaş:




?>