')

Bu gün:


FutbolPress.Az | "QƏBƏLƏ" DAHA İKİ FUTBOLÇU İLƏ MÜQAVİLƏNİ UZATDI

"QƏBƏLƏ" DAHA İKİ FUTBOLÇU İLƏ MÜQAVİLƏNİ UZATDI


oxunma sayı: 182 Paylaş:

Lyubo Baranin və Sergey Sokolovla müqaviləni yeniləyən "Qəbələ" bu barədə Pavel Doroşevs və Abdul Kader Kamara ilə də razılığa gəlib. İnamlı oyunu ilə adından söz etdirən və qapısından qol buraxmamaqla mövsümün rekorduna nail olan Doroşevs 2013-cü ilin iyun ayının sonunadək "Qəbələ"də oynayacaq. Kamara isə 2012-ci ilin 30 iyununa kimi hazırkı klubunun şərəfini qoruyacaq.

Latviya vətəndaşı olan Doroşevs 2008-ci ildən "Qəbələ"nin qapısını qoruyur. O, əyalət klubuna "Skonto"dan keçib. Kamara isə Belçika vətəndaşıdır və 2007-ci ildən "Qəbələ"nin formasını geyinir.


oxunma sayı: 182 | Paylaş:




?>