')

Bu gün:


FutbolPress.Az | "QARABAĞ" "XƏZƏR LƏNKƏRAN"I TAXTDAN SALDI (TURNİR CƏDVƏLİ)

"QARABAĞ" "XƏZƏR LƏNKƏRAN"I TAXTDAN SALDI (TURNİR CƏDVƏLİ)


oxunma sayı: 233 Paylaş:

Bu gün Premyer Liqada 2010-cu ilin son oyunları baş tutub. Turun mərkəzi oyunu "Xəzər Lənkəran"la "Qarabağ" arasında keçirilib. Hazırki lider bu oyunda qələbə qazanacağı təqdirdə olsa qış çempionu adını qazanacaqdı. Amma xala hava-su kimi ehtiyacı olan "Qarabağ" Rauf Əliyevin qolları sayəsində "Xəzər Lənkəran"ı məğlub etməyi bacarıb. Oyuna fəal başlayan "Qarabağ" artıq 4-cü dəqiqədə Rauf Əliyevlə hesabı açıb. Qoldan sonra oyunu ələ alan "Xəzər Lənkəran" irəli atılıb və 15-ci dəqiqədə Alim Qurbanovla bərabərliyi təmin edib. Matçın son qoluna isə 75-ci dəqiqədə Rauf Əliyev imza ataraq ilin son dublunu rəsmiləşdirib. Bununla da səfərdə qələbə qazanan "Qarabağ" altılıqdakı mövqeyini möhkəmləndirməyi bacarıb. "Xəzər Lənkəran" isə taxtı əldən verərək ikinci pilləyə düşüb.

Qeyd edək ki, "Xəzər Lənkəran" məğlub olduğundan bu tur "Turan"a qalib gələn "Neftçi" liderliyi geri qaytarıb.

23 dekabr

"Xəzər Lənkəran" - "Qarabağ" 1:2
Qollar: Rauf Əliyev, 4 (0:1), Alim Qurbanov, 15 (1:1), Rauf Əliyev, 75
Hakimlər: Rövşən Əhmədov, Munis Abdullayev, Azər Əsgərov, Vüsal Əliyev
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk dövrədəki oyun - 1:0

  Komanda O Q H M Qollar Xallar
1 "Neftçi" 19 12 5 2 36-9 41
2 "Xəzər Lənkəran" 19 12 4 3 23-10 40
3 AZAL 19 9 7 3 26-14 34
4 "İnter" 19 10 4 5 17-13 34
5 "Qarabağ" 19 10 3 6 21-13 33
6 "Qəbələ" 19 8 6 5 19-10 30
7 "Bakı" 19 8 4 7 26-20 28
8 "Gəncə" 19 5 7 7 23-26 22
9 "Muğan" 19 5 5 9 11-22 20
10 "Turan" 19 2 6 11 14-29 12
11 "Simurq" 19 2 6 11 12-28 12
12 MOİK 19 1 3 15 6-40 6


oxunma sayı: 233 | Paylaş:




?>