"İnter"in əcnəbiləri nə işlə məşğuldular? (Foto)
Paylaş:
"Həkimlər onun qaçmasına, məşq eləməsinə icazə vermir"
Premyer Liqanın hazırki lideri "İnter" hələ də əcnəbi futbolçuları - Tales Şütz və Georgi Adamiyaya qovuşa bilmir. Polşalı forvard ötən il "Kəpəz"lə Gəncə şəhər stadionunda keçirilən oyundan öncəki son məşq zamanı komanda yoldaşı ilə toqquşmuş və üz nahiyyəsindən ağır zədə almışdı.
Nəticədə Şützün üzü tanınmaz hala düşmüşdü. Bu səbəbdən futbolçu “İnter”in Türkiyə toplanışından da kənarda qaldı. O, cərrahiyyə əməliyyatı üçün Braziliyaya yollandı.
Adamiya isə mövsümün əvvəlində - sentyabrda "Sumqayıt"la oyundan öncə zədə almış və o vaxtdan bu yana kimi hələ də müalicəsi ilə məşğuldu. Gürcü futbolçu fərdi proqram əsasında məşq edir.
"İnter"in meneceri Səbuhi Səfiyarlı sözügedən futbolçuların son vəziyyətini "FutbolPress"ə açıqladı: "Tales Braziliyada ikinci dəfə məliyyat olundu. Həkimlər onun qaçmasına, məşq eləməsinə icazə vermir.
Təxminən fevralın sonuna kimi sağalmalıdı. Ondan sonra Bakıya qayıdıb, fərqdi məşqlərə başlayacaq.
Adamiya isə məşqlərə başlayıb. Ancaq komanda ilə birgə yox, fərdi proqram əsasında hazırlıqlarını davam etdirir. Yaxın vaxtlarda onu meydanlarda görə biləcəyik".
| Paylaş: