')

Bu gün:


FutbolPress.Az | Premyer Liqa klubu 100-ə çatdı

Premyer Liqa klubu 100-ə çatdı


oxunma sayı: 159 Paylaş:

Topaz Premyer Liqasının XX turunda keçirilən “Kəpəz” – “Rəvan” (0:2) oyunu bir sıra əlamətdar məqamlarla yadda qalıb. "Rəvan"ın 2012-ci il oktyabrın 21-dən bəri ilk səfər qələbəsini bayram etməsi və bununla 118 günlük həsrətə son qoyması ilə əlamətdar olan matçda əsas nüans yubileylə bağlı olub.

“Rəvan” Azərbaycan çempionatı çərçivəsində düz 100-cü oyununu keçirib. Bura ölkə kubokunun oyunları daxil deyil. Söhbət yalnız I divizion və Premyer Liqa görüşlərindən gedir. 2009-cu ildə yaranan komanda I divizionda keçirdiyi ilk 2 mövsümdə 48 oyuna çıxmışdısa, elitada artıq 52 matçda iştirak edib. Yubileyi qələbə ilə “yuyan” “Rəvan”ın bu matçların 46-da qələbə əldə etdiyini də vurğulayaq. Yerdə qalan 54 oyunda 22 heç-heçə və 32 məğlubiyyət qeydə alınıb. Topların fərqi isə 145:112-di.

Cari mövsüm 2-ci dəfə ardıcıl 2 “quru” qələbə əldə edən komanda litvalı yarımmüdafiəçisi Mindauqas Kalonas isə “Rəvan” forması ilə Premyer Liqada debütdəcə ardıcıl 2 oyunda fərqlənən ilk futbolçu olub. Ümumiyyətlə, Premyer Liqada qollu seriya baxımından klubuun rekordçusu Nemanya Vidakoviçdi. Serbiyalı futbolçu ötən mövsümün son 3 oyununda "Kəpəz”, "Simurq” və "Sumqayıt”ı məyus etmişdi.

Mövsümün ilk yarısını "Bakı”da keçirdikdən sonra “Rəvan”a geri dönən Ramazan Abbasov 2012-ci il aprelin 28-dən bəri bu komandada ilk qolunu vurub. Bununla da o, çempionatda 294 gündən sonra "Rəvan” forması ilə qola sevinmiş olub. Maraqlıdı ki, o, "Rəvan”da bundan öncəki son qolunu da məhz "Kəpəz”ə vurub. Başqa sözlə, "Rəvan”ın Gəncə təmsilçisini üstələdiyi oyunların hər ikisində Abbasovun xüsusi rolu olub.

"Kəpəz”lə oyunun 87-ci dəqiqəsində meydana çıxan Ayaz Mehdiyev isə Premyer Liqada "Rəvan” forması geymiş 50-ci futbolçu olub. Bu baxımdan Miloş Zeçeviçlə Samuel Barlayın hamıdan öndə olduğunu da bildirək: legionerlər 47 Premyer Liqa görüşündə meydana çıxıb.

revanfc.az 


oxunma sayı: 159 | Paylaş:




?>