')

Bu gün:


FutbolPress.Az | Azərbaycan millisinin futbolçusu Roberto Karlosla tanış olmaq istəyir   (Müsahibə)

Azərbaycan millisinin futbolçusu Roberto Karlosla tanış olmaq istəyir  (Müsahibə)


oxunma sayı: 302 Paylaş:

FutbolPressAzərbaycan yığması və İspaniyanın “Elçe” klubunun hücumçusu Rizvan Umarov Rusiyanın “Anji” klubuna keçmək ehtimalı ilə bağlı müsahibə verib.

- Səndə ikili vətəndaşlıq olsa da, Azərbaycan yığmasını seçmisən. Niyə?
- Mənim öncədən Azərbaycan yığmasında oynamaqla bağlı planlarım yox idi. Bu, təsadüfən alındı. Daha çox da soyadım səbəbindən. Məni hardasa görmüşdülər. Yeni pasport götürməyi təklif etdilər. Lakin mən Rusiya vətəndaşlığından da imtina etmədim.

- Azərbaycanın gənclər yığmasındakı çıxışını izləyən İspaniyanın “Valensiya” klubunun seleksionerləri səni baxışa çağırmışdılar...
- Orda iki-üç həftə keçirdim. Öncə ikinci komanda ilə məşq edirdim. Sonradan gənclərdən ibarət komandanın heyətinə cəlb olundum.

- “Valensiya”nın düşərgəsində olmusan, “Qranada”da oynamısan, indi də “Elçe”də çıxış edirsən. İspaniya və Rusiya futbolunu müqayisə edə bilərsən?
- Fərq var. İspaniyada daha düzgün hazırlıq siyasəti var. Başqa cür məşq edirlər. Topla daha çox davranmaq olur.

- Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsla necə anlaşırsız?
- O, əcnəbidi. Ora gedən kimi, tərcüməçi təyin etdilər. Onun vasitəsilə ünsiyyət qururuq. Əsas komandaya dəvət almağı çox istəyirəm.

- “Anji”nin toplanışına dəvət olunmağın düzdü?
- Bəli, düzdü. Şadam ki, belə bir klubdan dəvət almışam. Bu, mənim üçün böyük şansdı. Güclü komandadı. Rusiya futbolunun liderlərindən biridi. İlk növbədə Roberto Karlosla tanış olmağı arzulayıram. Eləcə də, komandada çıxış edən bütün tanınmış futbolçularla.


oxunma sayı: 302 | Paylaş:




?>