')

Bu gün:


FutbolPress.Az | FutbolPressTV-nin TOP-5 rubrikasının qalibi: "Qolun elə gözəl alınacağını gözləmirdim"

FutbolPressTV-nin TOP-5 rubrikasının qalibi: "Qolun elə gözəl alınacağını gözləmirdim"


oxunma sayı: 349 Paylaş:

FutbolPress"Neftçi" ilə keçirəcəyimiz oyun haqda proqnoz vermək çətindi"

FutbolPressTV ölkə çempionatının təbliğatına aid TOP-5 rubrikasının növbəti sayını təqdim elədi. Premyer Liqada XIX turun 5 ən baxımlı qolunu seçdik. İlk pillədə "İnter"in "Xəzər Lənkəran"ı səfərdə 3:2 hesabı ilə yendiyi qarşılaşmada qollardan birinin müəllifi olan Asif Məmmədov qərarlaşdı.

Paytaxt klubunun yarımmüdafiəçisi "FutbolPress"ə açıqlamasında seçimə görə təşəkkür edib, fikirlərini bölüşdü: "Ümumiyyətlə, bütün oyunlarda əlimə şans düşən kimi uzaq məsafədən zərbələr vururam. Ancaq bu qolun elə gözəl alınacağını gözləmirdim.

Sizin sayta da minnətdarlığımı bildirirəm ki, mənim qolumu 1-ci yerə layiq görmüsüz. Həmin tur yaxşı qollar çox olmuşdu. Həm də qolların əksəriyyəti cərimə meydançasının kənarından vurulmuşdu".

Məmmədov dünən "Qəbələ" üzərində qazanılan qələbə (2:1) haqda da danışdı: "Oyunun ağır olacağını bilirdik. "Qəbələ" çox güclü komandadı. Rəqibin hücum xəttini xüsusi qeyd edərdim. Məqsədimiz 3 xal qazanıb, izləyicilərimizdən bir az da uzaqlaşmaq idi. Buna nail olduq".

Asif növbəti tur səfərdə "Neftçi" ilə keçiriləcək oyuna da toxundu: "Bu oyun çətin olacaq. Səfərdə oynayacağıq. "Neftçi" ilə keçirəcəyimiz oyun haqda proqnoz vermək çətindi. Çalışacağıq ki, səfərdən yaxşı nəticə ilə qayıdaq".


oxunma sayı: 349 | Paylaş:





?>