')

Bu gün:


FutbolPress.Az | RƏŞAD SADİQOV: «AVROKUBOKLARDAKI TAKTİKAMIZA QAYITMIŞIQ» (MÜSAHİBƏ)

RƏŞAD SADİQOV: «AVROKUBOKLARDAKI TAKTİKAMIZA QAYITMIŞIQ» (MÜSAHİBƏ)


oxunma sayı: 393 Paylaş:

"İtiriləcək hər bir xal bizi "altılıq"dan uzaqlaşdıracaq"

- Qarşıda "Muğan"la oyun gəlir. Bu oyunda qələbə qazanmaq sizin üçün çox vacibdi. "Muğan"la oyundan nə gözləyirsən?

- Hərdən elə oyun olur ki, deyirik zəif komandadı da. Amma bundan sonra bizim üçün hər bir oyun önəmlidi. Çünki itiriləcək hər bir xal bizi "altılıq"dan uzaqlaşdıracaq. Ona görə də dekabrın 16-dan "Ambassador" otelinə yıxışmışıq. Əvvəllər bir gün qabaqcadan yığışırdıq, indi isə 2 gün əvvəldən yığışmışıq. Bu onun göstəricisidi ki, "Muğan"la qarşılaşma bizim üçün çox önəmlidi. Yəni bu matç bizim üçün böyük əhəmiyyət kəsb edir. Yaxşı hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik ki, "altılıq"da yerimizi təmin edək.

- Birinci dövrədə "Muğan"la oyunda xal itirmişdiz. Bu dəfə də eyni ssenarinin təkrarlanacağından qorxmursunuz ki?

- İlk dövrədə qolsuz heç-heçə etmişdik. Fikrimcə, həmin oyunda iki xal itirdik. Bundan sonra xal itirmək üçün ehtiyatımız qalmayıb. Ona görə də "Muğan"a qarşı çox ciddi hazırlaşmışıq. Bu görüşdə digər rəqiblərə qarşı necə çıxış etmişiksə, yenə eyni formada meydana çıxacağıq.

- Səncə taktika baxımından Qurban Qurbanov hansısa dəyişiklik edəcək?

- Bu mövsüm çox oyunlarda açıq oyuna üstünlük verdik. "Neftçi" və "Bakı" ilə də açıq futbol sərgilədik. Baxımlı oyun nümayiş etdirdik, hücum futbolu oynadıq. Belədə rəqiblərimiz bizi əks-hücumda yaxalayıb, qol vururdular. Ona görə də baş məşqçimiz taktikanı bir az dəyişib. Müdafiəyəmeyilli oyuna üstünlük veririk. Əks-hücumlarda oynamağa çalışırıq. Necə ki, Avrokuboklarda oynayırdıq. İndi də həmin taktikanı seçmişik.

- "Qarabağ" "altılığ"a düşməmək təhlükəsi ilə üzləşib. Üç vəsiqə uğrunda əsasən dörd komanda mübarizə aparır. Səncə, hansı komanda kənarda qala bilər?

- İlk üçlükdən sonrakı komandalar arasında 1-2 xal fərqi olduğu üçün hamımıza xal qazanmaq vacibdi. Qələbə qazanılsa belə komandalar arasındakı az xal fərqi olduğu üçün bizim də "altılığ"a düşməmək təhlükəmiz var. "Altılığ"a düşmək üçün mübarizə əsas 4 komanda arasında gedir. Kimin düşməyəcəyini demək çox çətindi. Əgər biz "altılığ"a düşməsək, çox təəsüflənəcəyik. Bu cür komandanın "altılıq"da olmaması bir az ürək ağrısı verər. İnşallah çalışacağıq ki, qalib gəlib azarkeşlərimizi sevindirək.
//fanat.az


oxunma sayı: 393 | Paylaş:




?>