"TAZİ ƏMƏLİYYATI" İSPANİYA YIĞMASINI TİTULSUZ QOYA BİLƏR
Paylaş:
Son Avropa və dünya çempionu olan İspaniya yığması dopinq qalmalının qurbanına çevrilə bilər. Buna "Tazi əməliyyatı"nın sonadək davam etdirilməsi səbəb olacaq. Belə ki, dopinqlə bağlı aparılan bu əməliyyat nəticəsində həbs olunan doktor Eufemiano Fuentes şok açıqlama ilə dünya futbolunu sarsıdacaq sözlər işlədib. O bildirib ki, danışacağı halda, İspaniya millisi həm dünya, həm də Avropa çempionluğunu itirəcək. İspanlar 2008-ci ildə Avropa, 2010-cu ildə isə dünya çempionu adını qazanıblar. Futbolda yığma səviyyəsində qazandıqları uğurların cəmi bu qədər olduğunu nəzərə alsaq "Tazi əməliyyatı"nın İspaniya üçün kabusa çevrilə biləcəyi qaçılmazdı.
| Paylaş: