')

Bu gün:


FutbolPress.Az | "Onunla 100 faiz anlaşmışıq, transferin rəsmiləşməsi qalıb"

"Onunla 100 faiz anlaşmışıq, transferin rəsmiləşməsi qalıb"


oxunma sayı: 555 Paylaş:

FutbolPress"Türkiyə hansısa səbəbə görə viza verməkdən imtina elədi"

Türkiyədəki təlim-məşq toplanışını başa vuran AZAL 2 fevralda vətənə döndü. Dünən bərpa məşqinə çıxan "təyyarəçilər" bu gündən etibarən istirahətə çəkilib. Komanda 2 gün sonra Premyer Liqa oyunlarının hazırlıqlarına start verəcək.

Bu barədə "FutbolPress"ə açıqlama verən paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov bizimlə söhbətində yeni transferlərlə bağlı son məlumatı çatdırdı:

"Serbiyalı Vladimir Boqdanoviçin keçidini demək olar ki, həll eləmişik. Onunla 100 faiz anlaşmışıq, transferin rəsmiləşməsi qalıb.

Con Vilyam adlı amerikalı bir futbolçu da var, danışıqlar gedir. Hələlik konkret nəticə olmadığı üçün dəqiq bir söz deyə bilməyəcəm.

Hücum xəttini gücləndirmək üçün afrikalı bir hücumçunu komandaya cəlb etmək istəyirik. Hələ Antalyada olanda düşərgəyə gətirməyi planlaşdırırdıq.

Ancaq Türkiyə hansısa səbəbə görə ona viza verməkdən imtina elədi. Hazırda Bakıya gəlişini gözləyirik. Məsələ açıq qalıb".


oxunma sayı: 555 | Paylaş:




?>