')

Bu gün:


FutbolPress.Az | "Neftçi"ni udan klubun çalışdırıcısı: "Heyətə 8 yeni futbolçu qatmışıq"

"Neftçi"ni udan klubun çalışdırıcısı: "Heyətə 8 yeni futbolçu qatmışıq"


oxunma sayı: 271 Paylaş:

"Rəvan”ın əvəzedicilərdən ibarət komandası çempionatın qalan hissəsinə hazırlıq məqsədilə son yoxlama matçını keçirib. Komanda "Neftçi”nin əvəzedicilərini üstələyib.

Elşad Quliyevin yetirmələri "Neftçi”ni 3:2 hesabı ilə məğlub edib. “Aslanlar”ın bütün qolarının müəllifi het-trikə imza atan Anar Hüseynov olub. Baş məşqçi oyundan sonra klubun rəsmi saytına açıqlamasında futbolçularının çıxışından razı qaldığını söyləyib:

"Yaxşı hazırlıq keçdik. Əsas məqsədimiz əsas komandaya layiqli futbolçu yetişdirməkdi. Heyətə 8 yeni futbolçu qatmışıq. Məncə, indi bir komanda kimi daha güclüyük. Çempionat oyunlarında da uğurlu çıxışımızı davam etdirmək istəyirik. Məqsəd ilk altılığa düşmək, sonrada imkan daxilində daha üst sıralara yüksəlməkdi”.

"Rəvan”ın əvəzediciləri fasilə dövründə 6 yoldaşlıq oyununda qüvvəsini sınayıb. Yalnız əsas komandaya yenilən (0:3) əvəzedicilər "Qaradağ Lökbatan” (0:0) və MOİK (1:1) ilə heç-heçə edib, "İnter” (2:1), "Sumqayıt” (4:1) və "Neftçi”nin (3:2) əvəzedicilərinə isə qalib gəlib.


oxunma sayı: 271 | Paylaş:




?>