"Rəvan" ənənəsinə sadiq qaldı
Paylaş:
Bakıda hazırlıqlarını davam etdirən “Rəvan” növbəti yoxlama matçını keçirib. Komandanın budəfəki rəqibi I divizionun iddialılarından sayılan “Neftçala” olub.
Bundan öncə “Qaradağ Lökbatan” və “Sumqayıt”la 1:1 oynayan "Rəvan” yenə ənənəsinə sadiq qalıb. “Bayıl Arena”da keçirilən matç 1:1 hesabı ilə yekunlaşıb. “Rəvan”dan qolu baxışda olan Ramazan Abbasov vurub.
"Rəvan” cari mövsümdə artıq bir dəfə "Neftçala” ilə görüşüb. Ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutan oyunda paytaxt klubu 2:1 hesabı ilə qalib gəlmişdi.
| Paylaş: