')

Bu gün:


FutbolPress.Az | "İnter"in fransız hücumçuyla bağlı verdiyi qərar "FutbolPress"də

"İnter"in fransız hücumçuyla bağlı verdiyi qərar "FutbolPress"də


oxunma sayı: 527 Paylaş:

FutbolPress“İnter” baxışa dəvət elədiyi bir futbolçu ilə bağlı qərar verib. Baş məşqçi Kaxaber Sxdadaze Seneqal əsilli fransalı futbolçu Momar N’Diayeni sınayırdı.

25 yaşlı hücumçu “İnter”in Qazaxıstanın “Ordabası” klubuna qarşı keçirdiyi yoxlama görüşündə meydana çıxmış və 2:0 hesabı ilə qazanılan qələbədə qollardan birini vurmuşdu.

Momarın oyunu məşqçilər korpusunu razı salmayıb. "İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov "FutbolPress"ə açıqlamasında bildirdi ki, N`Diaye geri qaytarılıb.

N’Diaye Seneqalın Yeumbeul şəhərində doğulsa da, tarixi vətəni ilə yanaşı, Fransa vətəndaşlığı da daşıyır. Onun son klubu Çinin “Pekin Baksi” komandası olub. Momar 2012-ci ildə bu komandada 14 oyun keçirib və 7 qol vurub.

Futbolçu peşəkar karyerasına Fransa “Mets”ində başlayıb. 2001-2005-ci illərdə bu klubun B (35 oyun, 21 qol), 2004-2009-cu illərdə A komandasında (77 oyun, 11 qol) çıxış edib.

2008-2009 mövsümünü “Çateaurouks”da (15 oyun) keçirən N’Diaye sonradan Almaniyanın “Rot Veyss Aalen” (2010, 6 oyun, 1 qol) və “Frankfurt” (2010-2012, 25 oyun, 5 qol) klublarında oynayıb.

25 yaşlı futbolçu Seneqal millisinə də çağırılıb. 2005-ci ildə – 18 yaşında milli komandada debüt edən N’Diaye sonradan yığma məşqçilərinin diqqətini özünə cəlb edə bilməyib.


oxunma sayı: 527 | Paylaş:




?>