')

Bu gün:


FutbolPress.Az | "FutbolPress"in xəbəri təsdiqini tapdı, "Lokomotiv"in forvardı Azərbaycana gəlir

"FutbolPress"in xəbəri təsdiqini tapdı, "Lokomotiv"in forvardı Azərbaycana gəlir


oxunma sayı: 662 Paylaş:

FutbolPress"Hücum xəttini daha da gücləndirməyi hədəfləmişik"

"Kəpəz" gündə iki dəfə olmaqla hazırlıqlarını davam etdirir. Sabah "Dalğa Arena"da "Sumqayıt"la yoxlama görüşündə üz-üzə gələcək Gəncə klubunun baxışda olan futbolçulardan biri haqda qərar verdiyini bildirmişdik.

"Kəpəz"in İnter"in əvəzedici heyəti ilə keçirdiyi yoldaşlıq qarşılaşmasında (2:2) qol vuran rusiyalı Vlad Serebryakovla mövsümün sonuna qədər anlaşdığını 1 həftə öncə eksklüziv olaraq təqdim eləmişdik.

Bu barədə "FutbolPress"ə açıqlama verən komandanın baş məşqçisi Mahmud Qurbanov xəbəri təsdiqlədi. Gənc çalışdırıcı bizimlə söhbətində 2 futbolçu ilə anlaşdıqlarını vurğuladı:

"Sabah "Sumqayıt"la görüşümüz var. Bu oyundan sonra ayın 5-nə kimi baxışda olan futbolçularla bağlı qəti qərar verəcəyik. Ancaq xaricdən gəlmiş 2 oyunçu ilə artıq müqavilə bağlamışıq.

Bunlardan biri "Mordoviya" futbol məktəbinin yetirməsi, ampluası hücumçu olan 21 yaşlı Vlad Serebryakovdu. Digəri isə“Krasnodar” klubundan gəlmiş müdafiəçi Alan Soltanovdu. Hər ikisi ilə mövsümün sonuna kimi anlaşmışıq.

Bundan əlavə, hücum xəttini daha da gücləndirməyi hədəfləmişik. Bu məqsədlə Moskva "Lokomotiv"in yetirməsi olan 22 yaşlı Aleksandr Yeliseyenoku baxışa dəvət eləmişik".


oxunma sayı: 662 | Paylaş:





?>