"QIZIL UNİTAZ" ADRİANOYA VERİLDİ
Paylaş:
Uğursuz futbolçulara ənənəvi olaraq hər il verilən «Qızıl untiaz» yeni sahibinə qovuşdu. Mükafatı bu dəfə yayda «Roma»ya transfer edilən braziliyalı hücumçu Adriano qazanıb. Artıq üçüncü dəfə analoji «uğura» imza atan forvard 2006/2007-ci illər mövsümündə «İnter»də çıxış etdiyi vaxtlarda ardıcıl iki dəfə «Qızıl untiaz»a layiq görülmüşdü. Paytaxt klubuna «Flamenqo»dan gələn futbolçunun ən yaxın izləyiciləri də braziliyalılar olub. Onlar «Yuventus»un braziliya əsilli italyan hücumçusu Amauri və «Milan»ın üzvü Ronaldinyodu.
| Paylaş: