')

Bu gün:


FutbolPress.Az | "Xəzər Lənkəran" 5-ci transferini rəsmiləşdirdi (Fotolar)

"Xəzər Lənkəran" 5-ci transferini rəsmiləşdirdi (Fotolar)


oxunma sayı: 559 Paylaş:

FutbolPress"Xəzər Lənkəran” daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Klubun rəsmi saytının verdiyi xəbərə görə, bu gün 32 yaşlı ispaniyalı qapıçı Antonio (Toni) Doblas Santana ilə 1,5 illik müqavilə imzalanıb. 1,85 m. boya malik olan Toninin çıxış elədiyi son klub “Xeres” olub. O, bu kluba məxsus olduğu “Zaraqoza”dan icarəyə verilmişdi.

Doblasın peşəkar futbolçu karyerası 1999-cu ildə hələ yeniyetmə yaşında oynadığı “Betis” klubundan başlayıb. O, bu komandanın əvəzedici heyətində 4 mövsüm keçirərək, daha sonra həmin klubun əsas heyətində oynamağa başlayıb.

2003-cü ildə Toni bir mövsümlük “Xeres” klubuna icarəyə verilib. 2008-ci ildə isə "Zaraqoza" klubuna keçib. Burada 1 mövsüm oynayandan sonra Doblas “Hueska” klubuna transfer olunub, lakin mövsüm başa çatan kimi yenidən “Saraqosa”ya qayıdıb. Ötən (2011/12) mövsümünü Toni “Zaraqoza” nın futbolçusu olaraq icarə əsasında “Xeres”də keçirib.


"Xəzər Lənkəran" bunadək millimizin yarımmüdafiəçisi Uğur Pamuk, türkiyəli hücumçu Gökhan Güləç, ispaniyalı müdafiəçi Alvaro Silva və xorvatiyalı orta sahə oyunçusu Marin Orsuliçlə müqavilə imzalanmışdı. 





oxunma sayı: 559 | Paylaş:




?>