')

Bu gün:


FutbolPress.Az | "Bakı"nın İspaniya səfəri "FutbolPress"də: 3 futbolçuyla müqavilə imzalanacaq

"Bakı"nın İspaniya səfəri "FutbolPress"də: 3 futbolçuyla müqavilə imzalanacaq


oxunma sayı: 732 Paylaş:

FutbolPress"Artıq onlarla ilkin razılıq əldə olunub"

"Bakı" klubu 30 yanvar-3 fevral 2013-cü il tarixlərində İspaniyanın paytaxtında keçiriləcək 33-cü FUTUR Beynəlxalq Turizm sərgisində iştirak edəcək.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi tərəfindən təşkil olunan Azərbaycan bölümündə turizm və biznes sahələri ilə yanaşı idman sektoru da təmsil olunacaq.

Artıq bu məqsədlə "Bakı"nın icraçı direktoru Yaşar Seyidov, Media və Marketinq Departamentinin direktoru Nəriman Mehdiyev və klubun digər 3 nümayəndəsi İspaniyadadılar.

Bu barədə "FutbolPress"ə məlumat verən Nəriman bəy bildirdi ki, Madridin İFEMA sərgi mərkəzində 5 gün ərzində davam edəcək beynəlxalq sərgidə "Bakı" futbol klubunun infrastruktir çalışmaları, uşaq futbolu, futbol akademiyasının fəaliyyəti, beynəlxalq əlaqələr, o cümlədən, "Atletiko" ilə əməkdaşlıq barədə ətraflı məlumat veriləcək, təbliğat-təşviqat materialları, klub atributları, tarixi video və audio vəsaitləri yayılacaq.

Bu arada, paytaxt klubunun rəsmisi bizimlə söhbətində baxışda olan futbolçularla bağlı nə zaman qərar veriləcəyi haqda danışdı:

"Məşqçilər korpusunun rəğbətini qazanan futbolçularla yaxın günlərdə müqavilə imzalanacaq. Baş məşqçi Bojidar Bandoviç düşərgədə olan türkiyəli hücumçu Ferdi Almas və ispaniyalı yarımmüdafiəçi Mario Martinez Rubio və rumıniyalı forvard Marius Penanın oyununu bəyənib. Artıq onlarla ilkin razılıq əldə olunub". 


oxunma sayı: 732 | Paylaş:




?>