')

Bu gün:


FutbolPress.Az | "Xəzər Lənkəran" İspaniya La Liqasından qolkiper transfer edir

"Xəzər Lənkəran" İspaniya La Liqasından qolkiper transfer edir


oxunma sayı: 479 Paylaş:

FutbolPressAntalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” heyətini yeni qapıçı ilə gücləndirməyi hədəfləyib. Bu istiqamətdə işlərini davam etdirən Cənub təmsilçisi axtardığı qolkiperi İspaniyada tapıb.

Lənkəran klubu müqavilə ilə La Liqada mübarizə aparan "Zaraqoza"ya məxsus olan, 2011-2012-ci il mövsümün isə icarə əsasında aşağı liqa təmsilçisi "Xeres"də keçirən Toni Doblasla danışıq aparır.

Məlumata görə, 32 yaşlı qapıçı bu gün "Xəzər Lənkəran"ın düşərgəsinə qoşulacaq.

Tam adı Antonio Toni Doblas Santana olan qolkiper 1980-ci ilin avqustun 5-də Sevilyada anadan olub. 1.85 sm boya malik olan qapıçı karyerası ərzində “Betis”in əvəzedici və əsas heyəti, “Xeres" (icarə əsasında), "Hueska" və "Zaraqoza"da oynayıb.


oxunma sayı: 479 | Paylaş:




?>