"ESTUDİANTES" ÇEMPİON OLDU
Paylaş:
Argentinada Apertura Liqanın yeni çempionu müəyyənləşib. Turnir cədvəlinin 3-üncü pillsində qərarlaşan "Arsenal Sarandi"ni qəbul edən və 2 cavabsız qolla qalib gələn "Estudiantes" Aperturanın qalibi olub. Son turun digər əhəmiyyətli oyununda "Velez Sarsfild" səfərdə "Rasinq" üzərində eynihesablı qələbəyə sevinsə də, "Estudiantes"dən 2 xal geri qalıb. Qeyd edək ki, "Estudiantes"in heyətində dünya futboluna daha yaxşı tanış olan Argentina millisinin təcrübəli futbolçularından Xuan Sebastyan Veron çıxış edir.
| Paylaş: