')

Bu gün:


FutbolPress.Az | Ruslan Abışovu İspaniyada gözləyənlər var

Ruslan Abışovu İspaniyada gözləyənlər var


oxunma sayı: 571 Paylaş:

FutbolPress"Xəzər Lənkəran"ın üzvü Ruslan Abışovu transfer eləmək istəyən “Rubin” İspaniyaya təlim-məşq toplanışına yollanıb. Kazan təmsilçisi sözügedən ölkədə 3 yoxlama oyunu keçirəcək. Komanda "Gran Hotel Elba Estepona" otelində məskunlaşacaq.

Malaqada hazırlıq keçəcək "Rubin" fevralın 1-də Rumıniyanın “Rapid” (Buxarest), 3-də isə ÇFR-lə yoxlama görüşündə üz-üzə gələcək. Fevralın 9-dakı rəqib “Dnepr”di.

Almaniyada burnundan əməliyyat olunacaq və 3 gün sonra komandaya qoşulacaq Ruslan Abışov üçün İspaniyaya viza açdırılıb.

Ruslan “Rubin”in heyətində artıq debüt edib. O, Premyer Liqa klubunun Antalyadakı toplanışı zamanı Moldova “Şerif”i ilə 2:2 hesabı ilə nəticələnən matçda ilk 29 dəqiqədə meydanda olub.

Abışov cərrahiyə əməliyyatına görə Azərbaycan milli komandasının yanvarın 29-dan fevralın 6-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışına qatılmayacaq.


oxunma sayı: 571 | Paylaş:




?>