')

Bu gün:


FutbolPress.Az | "Neftçi": İstirahət bitdi, məşqlərə davam

"Neftçi": İstirahət bitdi, məşqlərə davam


oxunma sayı: 449 Paylaş:

FutbolPressXəbər verdiyimiz kimi, "Neftçi"nin Antalyadakı toplanışının ikinci həftəsinin tamamında komandaya iki günlük istirahət verilmişdi. Bu gün istirahət bitir. Sabah səhər və axşam məşqləriylə hazırlığın hərəkətliliyi bərpa olunacaq.

İstirahət günlərini evində keçirən 4 futbolçu - Rəşad Sadiqov, Mahir Şükürov, İqor Mitreski və Denis Silva da səhər geri dönəcək.

Birisigün - ayın 27-də yerli vaxtla 17:00-da (Bakı vaxtilə 19:00) "ağ qaralar" "Amkar"la yoxlama matçına çıxacaq. Bildirək ki, "Neftçi" bütün yoxlama görüşlərini məskunlaşdığı "Mardan Sport Kompleks"də keçirir.

Baxışda olan iki futbolçu - Xose Kavion və Periko da düşərgədədi. Onların aqibəti haqda hələ rəsmi qərar verilməyib. Bundan başqa da baxışa futbolçuların qatılacağı gözlənilir.

"Neftçi"nin Antalya toplanışı fevralın 3-də yekunlaşacaq.

FutbolPress
Antalya


oxunma sayı: 449 | Paylaş:




?>